Kay Haverts üçün mövsüm bitdi

İdman

12.02.2025 18:10

2215

“Arsenal” klubunun almaniyalı futbolçusu mövsümün qalan hissəsini buraxacaq.  TodayPress “The Athletic” nəşrinə istinadən xəbər verir ki, hücumçu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən təlim-məşq toplanışı zamanı zədələnib.   

O, dizaltı vətərini qoparıb. 

“Arsenal”ın futbolçularından daha əvvəl Bukayo Saka və Ben Uayt da uzun müddətə sıradan çıxıb. 

Qeyd edək ki, Kay Haverts cari mövsüm meydana çıxdığı 34 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: Arsenal,Hücumçu,Kay Haverts,Zədə,Klub,Todaypress.az,