Kay Haverts üçün mövsüm bitdi
“Arsenal” klubu hücumameyilli yarımmüdafiəçisi Kay Havertsin zədəsi ilə bağlı məlumat yayıb.
TodayPress London təmsilçisinə istinadən xəbər verir ki, almaniyalı futbolçu mövsümün sonuna qədər futbol oynaya bilməyəcək.
Məşq zamanı zədələnən Haverts bud nahiyəsindən əməliyyat olunacaq.
Qeyd edək ki, cari mövsüm 21 matçda 9 qol vuran Kay Haverts “topçular”ın Premyer Liqada bombardiridir.
Namiq HUN
tag: İdman,“Arsenal”,Kay Haverts,Futbol,todaypress.az,