Kavelaşvili həlledici qolu vurdu
İdman
14.12.2024 16:28
Futbol veteranı Mixeil Kavelaşvili Gürcüstanın prezidenti seçilib.
TodayPress xəbər verir ki, Gürcüstan millisinin sabiq futbolçusu 300 seçicidən 224 səs toplayaraq ölkəsinin 6-cı prezidenti olub.
Mixeil Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.
Qeyd edək ki, Gürcüstanın yeni prezidentinin zəngin futbolçu karyerası var.
O, “Dinamo Tbilisi” klubu ilə 6 dəfə Gürcüstan çempionu titulunu qazanıb. Kavelaşvili həmyerlimiz Nazim Süleymanovla birlikdə 1 dəfə “Alaniya” klubunun heyətində Rusiya çempionluğunu bayram eduib.
Bundan başqa “Qrasshoppers”lə 1 dəfə İsveçrə çempionu olan sabiq hücumçu İngiltərə nəhəngi “Mançester Siti”nin də formasını geyinib.
Gürcüstan yığma komandasının heyətində 46 oyunda 9 qol vuran Mixeil Kavelaşvili futbolçu karyerasını 2006-cı ildə bitirib.
Namiq HUN
tag: Gürcüstan,Seçki,Futbolçu,Qol,Todaypress.az,