Kavars Avropa Kubokunda rekord qırdı
İdman
07.11.2024 16:32
“Sabah”ın basketbolçusu Klavs Kavars FIBA Avropa Kubokunda yeni rekord müəyyən edib.
TodayPress xəbər verir ki, o, buna Yunanıstanda “Marussiya”ya 71:82 hesabı ilə uduzduqları matçda nail olub.
Latviyalı basketbolçu qarşılaşmada 8 blok etməklə tarixə düşüb. Kavars 2017-ci ildə Kervin Bristolinə (“Kataja Basket”) məxsus rekordu yeniləyib. Sonuncu 7 il öncə 7 blokla ilkə imza atıb.
Klavs oyunda aktivinə 9 xal və 13 ribaund da yazıb.
Namiq HUN
tag: Sabah, Yunanıstan, Marussiya, Kavars, Kervin, todaypress.az,