Kavani futbolla vidalaşacağı klubun adını açıqladı
İdman
30.12.2024 15:20
Uruqvay millisinin sabiq hücumçusu Edinson Kavani karyerasını başa vuracağı komandanı açıqlayıb.
TodayPress "A Bola" nəşrinə istinadən xəbər verir ki, forvard hazırda çıxış etdiyi Argentinanın "Boka Xuniors" klubunda futbolla vidalaşacağını bildirib.
Ötən ildə bu kluba keçən futbolçunun müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
Qeyd edək ki, Edinson Kavani Argentina çempionatında başa çatan mövsümdə 39 matçda iştirak edib, 20 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 37 yaşlı hücumçu 2008-2022-ci illər aralığında Uruvay yığmasının formasını geyinib və 2011-ci ildə komanda ilə Amerika Kubokunun qalibi olub.
Namiq HUN
tag: Uruqvay ,Edinson Kavani,Argentina,Boka Xuniors,Amerika Kuboku,todaypress.az,