Kataloniya klubu Olmodan imtina edəcək?

İdman

14.09.2024 10:08

"Barselona" futbol klubunun maliyyə vəziyyəti ilə bağlı açıqlama verilib. 

TodayPress İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, La Liqanın idman komandalarının saxlanması üçün maaş limitlərini dərc etdikdən sonra “Barselona”nın maliyyə vəziyyətinin bəzi təfərrüatları  açıqlanıb.

Primera rəsmilərinin hesabatına görə, Kataloniya klubu icazə verilən maaş limitini 426 milyon avroya qədər artırıb. Daha əvvəl bu məbləğ 204 milyon avroya bərabər idi. “Barselona” hələ də birə bir adlanan qaydaya əməl etmir. 

Maliyyə vəziyyəti 2025-ci il yanvarın 1-ə qədər həll olunmazsa, komandaya yeni gələn Dani Olmo yenə də qeydiyyatdan keçməmiş futbolçu sayılacaq.

Xatırladaq ki, yay transfer pəncərəsinin son günlərinə qədər "Barselona" Dani Olmonu qeydiyyatdan keçirməkdə çətinlik çəksə də, son anda bu məsələni həll edə bilib.

Namiq HUN

tag: Primera ,Kataloniya ,Transfer, Barselona ,Dani Olmon ,todaypress.az,