Kaşuk La Liqadan təklif aldı

İdman

17.04.2025 17:36

14

“Qarabağ” klubunun futbolçusu Aleksey Kaşuk komandanı tərk edə bilər.   

TodayPress xəbər verir ki, ukraynalı yarımmüdafiəçiyə İspaniya La Liqasında yarışan klubdan təklif gəlib.   

Gözlənilən oyunu sərgiləməyən Kaşuk isə “Qarabağ”ı tərk etmək istəmir.   

O, komandada qalaraq, yeni mövsüm avrokuboklarda uğurlu performans sərgiləmək niyyətindədir. 

Qeyd edək ki, mövsümün əvvəlində Ukrayna mətbuatı “Jirona” klubunun onu transfer etmək istədiyini yazmışdı.

Lakin Kaşuk “Qarabağ”da qalmağa üstünlük vermişdi. 

Yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

(Apasport.az)   

Namiq HUN

tag: Qarabağ,Aleksey Kaşuk,La Liqa,Transfer,Todaypress.az,