Kassano ulduz futbolçuya sataşdı
İdman
24.09.2024 11:31
Futbol üzrə İtaliya millisinin və “Real Madrid” klubunun sabiq hücumçusu Antonio Kassano Kriştiano Ronaldonu tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Kassano, Ronaldonun komanda ilə anlaşa bilmədiyi üçün futbol oynamağı bacarmadığını deyib:
“Ronaldo futbol oynamağı bacarmır. O, 3 000 qol vura bilər. İquain, Aguero, Benzema, Levandovski, İbrahimoviç və Suarez komanda ilə yaxşı ünsiyyət qura bilirdilər. Məqsədi həmişə qol vurmaq olan Ronaldodan fərqli olaraq, onlar meydanda daha çoxunu bacarırdılar”.
Namiq HUN
tag: İtaliya, Real Madrid, Kriştiano Ronaldo ,Suarez ,Benzema ,todaypress.az,