Karvaxal əməliyyat olundu
İdman
12.10.2024 12:35
"Real Madrid" klubu zədəli futbolçusu Dani Karvaxalın durumu ilə bağlı açıqlama yayıb.
TodayPress xəbər verir ki, müdafiəçi sağ dizindən əməliyyat olunub. 32 yaşlı futbolçunun yaxın günlərdə bərpa prosesinə başlayacağı bidirilib.
Xatırladaq ki, Karvaxal La Liqanın "Vilyarreal"la matçında zədələnərək meydanı xərəkdə tərk edib.
Namiq HUN
tag: Real Madrid,Dani Karvaxal,La Liqa,Vilyarreal,Əməliyyat ,Todaypress.az,