Karvaxal ÇL finalının ən yaxşı oyunçusu seçildi
“Real Madrid” klubunun müdafiəçisi Dani Karvaxal Çempionlar Liqasının finalının ən dəyərli oyunçusu seçilib. TodayPress xəbər verir ki, Los Blankosun start heyətində meydana çıxan Karvaxal 74-cü dəqiqədə küncdən zərbə ilə hesabı açıb.
"Real" həlledici görüşdə "Borussiya Dortmund"u 2:0 hesabı ilə məğlub edərək 15-ci dəfə Çempionlar Liqasının qalibi olub.
Namiq HUN
tag: Dani Karvaxal, Çempionlar Liqası, Real Madrid, İdman, Football, todaypress.az,