Karuana İddiaçılar turnirinə vəsiqə qazandı
İdman
30.12.2024 16:20
2026-cı il İddiaçılar turnirinin ilk iştirakçısı müəyyənləşib.
TodayPress xəbər verir ki, bu, “FIDE Circuit” reytinqində vaxtından əvvəl birinci yeri tutan amerikalı şahmatçı Fabiano Karuanadır.
Cədvəldə şahmatçıların mövsüm ərzində göstərdikləri nəticələrə görə xallar verilir. Bu il və gələn il ən yaxşı çıxış edənlər İddiaçılar turnirində oynamaq imkanı əldə edəcəklər.
Fabiano Karuana Nyu-Yorkda keçirilən blits üzrə dünya çempionatına qədər birinci yeri təmin edib. İstənilən halda ən yaxın izləyiciləri qrossmeysterə çatmayacaqlar.
Namiq HUN
tag: İddiaçılar ,Turnir,FIDE Circuit,Fabiano Karuana,Nyu-York,todaypress.az,