Karri Milad gününü rekordla qeyd etdi

İdman

26.12.2024 20:30

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Qolden Steyt” klubunun basketbolçusu Stefen Karri müntəzəm çempionatda “Los-Anceles Leykers”lə matçda rekorda imza atıb.

TodayPress xəbər verir ki, 36 yaşlı basketbolçu 38 xaldan 17-ni dördüncü hissədə toplayıb.

Bu, Milad günündə baş tutan matçların dördüncü hissəsində toplanılan xalların sayına görə rekorddur.

Stefen Karri cari mövsüm Kaliforniya klubunun heyətində 24 matç keçirib. O, hər oyunda orta hesabla 22,5 xal toplayıb, 4,8 ribaund, 6,5 ötürmə edib və 1,2 dəfə top ələ keçirib.

Qeyd edək ki, “Qolden Steyt” rəqibinə 113:115 hesabı ilə məğlub olub. Keçirdiyi matçların 51,7 faizində qələbə qazanan komanda hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Namiq HUN

tag: Kaliforniya, Milad, Rəqib, komanda,todaypress.az,