Karlsen sürətli şahmatda dünya çempionu oldu

İdman

10.09.2024 18:46

Norveçli beynəlxalq qrossmeyster Maqnus Karlsen növbəti titulunu qazanıb.

TodayPress xəbər verir ki, o, onlayn keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

Bu, 16 qat dünya çempionunun, artıq bu kateqoriyalı yarışda 4-cü uğurudur. Karlsen daha əvvəl 2016, 2017 və 2023-cü illərdə sürətli şahmat üzrə dünya çempionu tituluna sahib çıxıb. 

Qeyd edək ki, analoji yarışda çempionluq rekordu 2018-2022-ci illərdə, ardıcıl 5 dəfə  baş mükafata sahib çıxmış Hikaru Nakamuraya (ABŞ) məxsusdur.

Namiq HUN

tag: Maqnus Karlsen, Şahmat, Dünya, Çempion ,ABŞ ,Hikaru Nakamura, todaypress.az,