Karlsen şalvarını hərraca çıxartdı

İdman

20.02.2025 16:11

985

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen cins şalvarını hərraca çıxarıb.

TodayPress xəbər verir ki, norveçli şahmatçı 2024-cü ilin dekabrında geyindiyi məhz bu şalvara görə geyim qaydalarını pozması səbəbindən Nyu-Yorkda keçirilən rapid üzrə dünya çempionatından diskvalifikasiya edilib.

O, hərracla bağlı sosial şəbəkədəki səhifəsində yazıb. 

“Qadağan edilmiş cins şalvar” artıq sizin ola bilər. Cins şalvarımı hərraca çıxarıram. Düşünməzdim ki, bunu nə vaxtsa yazaram. Bütün gəlir xeyriyyə fonduna gedəcək”.

Qeyd edək ki, Karlsen cəzalandıqdan sonra Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayəsi altında keçirilən turnirlərdə iştirak etməyəcəyini bildirib. Amma sonra FIDE prezidenti Arkadi Dvorkoviç dress-kod qaydalarını yumşaltmağa qərar verdiyindən Karlsen blits üzrə dünya çempionatına qatılaraq Yan Nepomnyaşi ilə birlikdə qələbəni bayram edib. 

Namiq HUN

tag: İdman,Şahmat,Maqnus Karlsen,Hərrac,todaypress.az,