Karlsen dünya kubokunun səfiri olacaq
İdman
19.12.2024 10:38
Səudiyyə Ərəbistanında “Esports World Cup” onlayn şahmat turniri keçiriləcək.
TodayPress xəbər verir ki, dünya kuboku iyulun 31-dən avqustun 3-dək Ər-Riyad şəhərində təşkil olunacaq.
Turnirə 16 şahmatçı dəvət alıb. Onlar 10+0 sürətli şahmat formatında oynayacaqlar.
Şahmat üzrə 16-cı dünya çempionu, norveçli Maqnus Karlsen tədbirin səfiri olacaq.
Namiq HUN
tag: Şahmat, Dünya, Kubok, Format ,todaypress.az,