Karlsen dünya çempionatına qayıtdı
İdman
30.12.2024 13:50
Maqnus Karlsen Nyu-York şəhərində keçirilən blits üzrə dünya çempionatında iştirak edəcək.
TodayPress xəbər verir ki, şahmatçı rapid üzrə dünya çempionatı zamanı geyim qaydalarını pozduğuna görə diskvalifikasiya edilmişdi.
Norveçli qrossmeyster mundiala qayıdışı ilə bağlı məlumatı təsdiqləyib.
“Mən Nyu-Yorkda azı bir gün çıxış edəcəyəm, hər şey ürəyimcə olsa, daha bir gün də oynayacağam” o, "Take, Take, Take" kanalına bildirib.
Qeyd edək ki, Maqnus Karlsen blits üzrə hazırkı dünya çempionudur.
Namiq HUN
tag: Maqnus Karlsen,Nyu-York,Norveç,Take,todaypress.az,