Karlos Alkaras dünya tennisinin tarixinə düşdü
İdman
09.06.2024 23:18
İspaniya tennisinin perspektivi Karlos Alkaras Parisi fəth edib. TodayPress xəbər verir ki, o, “Böyük Dəbilqə” seriyalı “Rolan Qarros” turnirində kişilərin yarışında fərqlənib.
Karlos Alkaras Açıq Fransa çempionatının finalında Aleksandr Zverevə (Almaniya) qalib gəlib. 4,5 saat davam edən yarış Alkarasın 3:2 hesablı qələbəsi ilə başa çatıb, 6:3, 2:6, 5:7, 6:1, 6:2.
Bu, ispaniyalı tennisçinin “Böyük Dəbilqə” yarışlarında 3-cü uğurudur. O, buna qədər “US Open-2022” və “Uimbildon-2023” turnirlərinin baş mükafatına sahib olub.
Qeyd edək ki, 21 yaşlı Karlos Alkaras torpaq, ot və sərt örtükdə çempion olan ən gənc tennisçi kimi tarixdə düşüb.
Namiq HUN
tag: Karlos Alkaras, Paris, Böyük Dəbilqə, Tennis, İdman, todaypress.az,