Karlo Ançelottidən rekord göstərici

İdman

02.06.2024 13:21

“Real Madrid” klubunun baş məşqçisi 5-ci dəfə Çempionlar Liqasının qalibi olub. TodayPress xəbər verir ki, bu, bütün məşqçilər arasında rekord göstəricidir. 64 yaşlı italiyalı məşqçi “Milan”la iki, “Real”la isə üç dəfə qalib gəlib. Ançelotti həm də "Roma"nın futbolçusu kimi iki dəfə avrokubok qazanıb.

Bob Peysli, Zinəddin Zidan və Pep Qvardiola hərəyə üç dəfə Çempionlar Liqası/Avropa Kubokunun qalibi olublar.

“Real Madrid” Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sına qalib gəlib (2:0). “Real Madrid” 15-ci dəfə Avropa klub futbolunun əsas kubokunu qazanıb. Bu göstəriciyə görə komanda rekordçudur. Onları "Milan" (7 dəfə), "Bayern" və "Liverpul" (hər biri 6 dəfə) və "Barselona" (5 dəfə) izləyir.


Namiq HUN

tag: Ançelotti,Real Madrid,Çempionlar Liqası,Avropa Kuboku, İdman, Football,