Karlo Ançelotti: “Real Madrid” titulunu qoruyacaq

İdman

17.08.2024 17:20

1406

Ançelotti “Real”ın İspaniya çempionluğunu qorumaq üçün mübarizə aparacağına inanır. 

TodayPress xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti komandasının La Liqanın yeni mövsümünün sonunda İspaniya çempionu titulunu qorumaq ambisiyaları ilə bağlı sualı cavablandırıb.

“La Liqa titulu uğrunda bütün komandalarla rəqabət aparmalı olacağıq. İspaniya futbolunun keyfiyyəti təkcə komandaların La Liqada necə çıxış etmələri ilə deyil, həm də ispanların Avropa çempionatında və olimpiadada göstərdiyi oyunla göz qabağındadır. Bu keyfiyyətli futboldur.

Bundan əlavə, "Barselona" və "Atletiko" çox güclənib. Biz çempionluq uğrunda mübarizə aparmalı olacağıq. Yeni mövsüm əyləncəli çempionat olacaq” Ançelotti deyib.

Qeyd edək ki, son mövsüm “Los Blancos" ən yaxın izləyicisi olan "Barselona"nı 10 xal qabaqlayaraq İspaniya çempionatının qalibi olub.

Namiq HUN

tag: İspaniya, Real, Barselona, Atletiko, Çempionluq, Los Blancos, todaypress.az,