“Kardiff Siti” Erol Bulutu istefaya göndərdi
Uelsin "Kardiff Siti" futbol klubu baş məşqçi Erol Bulutla yollarını ayırıb.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə Çempionşip təmsilçisi türk mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Erol Bulut ötən ilin yayında "Kardiff Siti"nin baş məşqçisi təyin olunmuşdu. Kardiff təmsilçisi 6 turdan sonra 1 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Namiq HUN
tag: Kardiff Siti, Erol Bulut ,Turnir ,Baş Məşqçi ,todaypress.az,