Karateçimiz Poreçdə çempion oldu
İdman
29.06.2024 17:14
Azərbaycan karateçisi Xorvatiyada keçirilən reytinq xarakterli Karate 1 Liqa yarışında fərqlənib. Rahib Əzim (+76 kq) Poreç turnirinin qızıl medalını qazanıb.
TodayPress xəbər verir ki, baş məşqçi Anar Allahverdiyevin yetirməsi finaladək rəqiblərini tatamidən kənarlaşdırıb. Rahib Əzim gənc karateçilərin həlledici yarışından da qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Namiq HUN
tag: Poreç, Xorvatiya, Azərbaycan, Karate,Rahib Əzim, todaypress.az,