Karateçimiz Avropa Universitet Oyunlarının çempionu oldu

İdman

18.07.2024 16:30

Azərbaycan karateçisi Fərid Savadov tələbələrin Macarıstanda keçirilən Avropa Universitet Oyunlarının qalibi olub.

TodayPress xəbər verir ki, Fərid Savadov (60 kq) Mişkolts turnirinin finalında Macarıstan karateçisi Andras Laslo ilə qarşılaşıb. Karateçimiz çempionluq döyüşündə rəqibinə qalib gələrək Oyunların qızıl medalını qazanıb. 

Bununla da karateçilərimizin Avropa Universitet Oyunlarında qazandığı medalların sayı 2-yə yüksəlib. Azərbaycan İdman Akademiyasının qadın karateçiləri komanda yarışında 3-cü yeri tutub.

Namiq HUN

tag: Azərbaycan, Fərid Savadov, Andras Laslo, Qızıl Medal, Avropa, todaypress.az,