Karateçilər Serbiyada tarix yazdılar
İdman
30.10.2024 17:05
Azərbaycan Karate-Do Federasiyasının üzvləri karate üzrə dünya çempionatında uğurla çıxış ediblər.
TodayPress xəbər verir ki, Serbiyada keçirilən karate üzrə dünya çempionatında komandamız şəxsi yarışlarda 7 qızıl medal qazanıb.
Karateçilərimizdən Əli Əhmədov (34 kq), Eldar Bağırov (53 kq), Mikayıl Nağıyev (“Open”), Zəki Cəfərzadə (+73 kq), Nərmin Əliyeva ( “Open”), Humay Həsənli (+58 kq) və Rauf Yusifov (Master) Belqrad turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan komanda yarışlarında uğurla çıxış edərək, aktivinə 2 qızıl medal yazdırıb. Oğlanlar 12-15 yaş qrupunda, eyni yaş üzrə qarışıq komanda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan ümumi komanda hesabında 44 ölkə arasında 5-ci yeri tutub.
Namiq HUN
tag: Serbiya, Karate, Əli Əhmədov,Azərbaycan, todaypress.az,