Karateçilər Polşada tatamiyə çıxacaqlar
Azərbaycanın yeniyetmə və gənc karateçiləri Polşanın Bielsko-Biala şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
TodayPress Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millimiz çempionatda 28 nəfərdən ibarət heyətlə kumite və kata növlərində mübarizə aparacaq.
Qeyd edək ki, yarış fevralın 7-dən 9-dək davam edəcək.
Namiq HUN
tag: idman,karate,Karate Federasiyası,Polşa,todaypress.az,