Karateçilər Avropa çempionatında 3 medal qazandılar
Azərbaycan karateçiləri Polşanın Bielsko-Biala şəhərində yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının Avropa çempionatında 3 medal qazanıb.
TodayPress Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri nüfuzlu yarışda 1 gümüş və 2 bürünc medala sahib olub.
Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə çempionatın bürünc medalları ilə kifayətləniblər.
Namiq HUN
tag: Karate,Polşa,Medal,Federasiya,Todaypress.az,