Karate millisi Qırğızıstanda 3 medal qazandı
Qırğızıstanda karete üzrə açıq Bişkek çempionatı keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan karateçiləri kumite yarışlarında 3 medal qazanıb.
Böyüklərin yarışında Aslan Dostuyev (67 kq) açıq Bişkek çempionatının qızıl medalına sahib çıxıb. Gənc karateçilərun turnirində Rauf İmanov (61 kq) yalnız finalda uduzub.
Yenyetmələr arasında isə Ömər Əliyev (30 kq) fəxri kürsünün üçüncü piləsinə qalxıb. Qeyd edək ki, açıq Bişkek çempionatında Qırğızıstan və Azərbaycanla yanaşı, Qazaxsıtan, Özbəkistan və Rusiyadan olan 1000-ə qədər karateçi mübarizə aparıb.
Namiq HUN
tag: Qırğızıstan,Bişkek,Çempion,Kumit,Medal,Aslan Dostuyev ,Karate,Todaypress.az,