Kaqame: “Ruanda “Formula 1” həyəcanını Afrikaya qaytarmağa iddialıdır”

İdman

14.12.2024 09:26

Ruanda "Formula 1" mərhələsinin keçirilməsi üçün müraciət edib. 

TodayPress xəbər verir ki, Ruanda “Formula 1” yarışları üzrə dünya çempionatının Qran-pri mərhələsini keçirmək istəyir. 

Ruandanın paytaxtı Kiqalidə Beynəlxalq Avtomobil Federasiyasının baş assambleyası zamanı Prezident Pol Kaqame bəyan edib.

Tədbir Afrikada ilk dəfə keçirilir.

“Mən rəsmən elan etməkdən məmnunam ki, Ruanda “Formula 1” Qran-prisini qəbul edərək yarış həyəcanını Afrikaya qaytarmağa iddialıdır. Biz bu fürsətə çox ciddi yanaşırıq” deyə o bildirib.

Kaqame Ruanda Politexnik Kollecinin tələbələrinin idman avtomobilinin prototipini yaratdıqlarını söyləyib. 

Beynəlxalq Avtomobil Federasiyası bu ölkədə avtomobil zavodu  yaratmağı planlaşdırır. 

Namiq HUN

tag: Formula 1 ,Politexnik , İdman, Avtomobil, todaypress.az,