Kapoeyraçılar Braziliyada 3 qızıl medal qazandılar
İdman
25.11.2024 11:35
Kapoeyra üzrə Azərbaycan millisi Braziliyada keçirilən “Difazio Capoeira” turnirində uğurlu çıxış edib.
TodayPress xəbər verir ki, komandamız Curitiba turnirində 3 qızıl medal qazanıb.
Yeniyetmə kapoeyraçıların yarışında Dilqəm İsmayılov və Mehriban Hacıbabayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Böyüklərin yarışında isə Fərid Səlimov qızıl, Asya Atayeva gümüş medala sahib olub.
Namiq HUN
tag: Azərbaycan, Milli,Difazio Capoeira, Kapoeyra, Curitiba, todaypress.az,