Kapitan komandasına sadiqliyini nümayiş etdirdi

İdman

02.07.2024 14:22

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini tənzimləyir.  

TodayPress xəbər verir ki, Azərbaycan çempionu bu məqsədlə bir neçə voleybolçu ilə müqavilə müddətini uzadıb. “Azərreyl” ilk növbədə komandanın kapitanı ilə anlaşıb. 

Yüksək Liqanın qalibi Aynur İmanova ilə yanaşı, klubun gənc üzvlərindəın Raziyə Əliyeva və Aişə Alismanova ilə 1 illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, A.İmanova və R.Əliyeva 2022-ci ildən Bakı təmsilçisinin formasını geyinirlər. A. Alismanova isə ötən ilin yayından “dəmiryolçular”ın heyətində tor önündə top oynadır. 

Namiq HUN

tag: Kapitan Komanda, Voleybolçular, Aynur İmanova, Raziyə Əliyeva, Aişə Alismanova, todaypress.az,