Kapitan baş məşqçiyə etiraz etdi
İdman
17.06.2024 15:57
Serbiya yığma komandasının yarımmüdafiəçisi Duşan Tadiç İngiltərə millisi ilə oyunda ehtiyatda qalmasından narazılıq edib.
TodayPress xəbər verir ki, komandanın kapitanı bununla bağlı millinin baş məşqçisi Draqan Stoykoçivə etirazını bildirib.
“Mən komandanın lideri və kapitanıyam. Baş məşqçi ilə danışığım olub. Heyətin ən yaxşı futbolçusuyam və 90 dəqiqə oynamalıyam”.
Qeyd edək ki, Tadiç İngiltərə komandası ilə qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olub.
Serbiya millisi AVRO-2024-ün ilk oyununda 0:1 hesabı ilə uduzub.
Namiq HUN
tag: Serbiya, İngiltərə, Draqan Stoykoçiv, AVRO-2024, todaypress.az,