Kannavaro yeni klubunda fəaliyyətə başladı
İdman
03.01.2025 11:56
“Dinamo Zaqreb” futbol klubu yeni baş məşqçisi Fabio Kannavaro ilə müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, italiyalı mütəxəssis Xorvatiya təmsilçisi ilə 2026-cı ilin iyununa qədər olan sözləşməyə qol çəkib.
Kannavaro bu vəzifədə Nenad Byelitsanı əvəzləyib.
O, bu gündən yeni klubunda fəaliyyətə başlayıb.
“Dinamo” Xorvatiya çempionatının 18 turundan sonra 29 xalla ilk üçlüyü tamamlayır.
Namiq HUN
tag: Xorvatiya, Təmsilçi,Mütəxəssis ,İtaliya, todaypress.az,