Kannavaro Xorvatiya çempionu ilə anlaşdı
İdman
30.12.2024 10:20
Fabio Kannavaro “Dinamo Zaqreb” klubunun baş məşqçisi təyin olunub.
TodayPress xəbər verir ki, Xorvatiya çempionu sosial şəbəkə hesabından paylaşım edib.
İtaliyalı mütəxəssis baş məşqçi postunda istefaya göndərilən Nenad Byelitsanı əvəzləyib.
O, yeni klubunda fəaliyyətə yanvarın 3-də başlayacaq.
Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatının XVIII turundan sonra 29 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Zaqreb təmsilçisi lider “Riyeka”dan 7 xal geri qalır.
Namiq HUN
tag: Fabio Kannavaro,Dinamo Zaqreb,Baş məşqçi,İtaliya,Nenad Byelitsan,todaypress.az,