Kandreva yaşıl meydanla vidalaşdı

İdman

19.03.2025 16:48

1037

“İnter”in sabiq futbolçusu Antonio Kandreva karyerasını bitirib.   

TodayPress xəbər verir ki, son klubu ötən ilin yayında ayrıldığı “Salernitana” olan yarımmüdafiəçi 38 yaşında qərar qəbul edib.   

Kandreva “Latsio” və “İnter” klublarının heyətindəki çıxışı ilə daha çox tanınıb. 

İtaliya millisinin heyətində 54 oyunda 7 qol vuran Antonio Kandreva 2014-cü ildə Braziliyada dünya, iki il sonra isə Fransada Avropa çempionatının iştirakçısı olub.   

Namiq HUN

tag: Antonio Kandreva,Futbolçu,Klub,Karyera,Todaypress.az,