Kanadalı üzgüçü dünya çempionatında yeni rekord müəyyən etdi

İdman

11.12.2024 05:07

Kanadalı üzgüçü Sammer Makintoş dünya çempionatında 400 metr məsafəyə sərbəst üsulla üzməkdə yeni rekord müəyyənləşdirib.

TodayPress xəbər verir ki, o, Macarıstanın paytaxtı Budapeştdə baş tutan mundialda məsafəni 3 dəqiqə 50,25 saniyəyə başa vurub.

Əvvəlki dünya rekordu (2022) Li Bingjieyə məxsus idi. Çinli üzgüçü həmin məsafəni 3 dəqiqə 51,30 saniyəyə qət etmişdi.

Qeyd edək ki, 18 yaşlı Makintoş üçqat Olimpiya çempionudur və Paris-2024-də gümüş medal qazanıb.

tag: Kanada, Üzgüçü, Rekord, Olimpiya,Paris-2024, todaypress.az,