Kanadalı hokkeyçi ümidini itirmir
İdman
18.09.2024 12:38
Kanadanın “Vankuver Kenaks” hokkey klubunun hücumçusu Dakota Coşua xərçəng xəstəliyindən əziyyət çəkir.
TodayPress xəbər verir ki, hokkeyçi xərçəng xəstəliyinə tutulduğunu yayda bilib.
Bu səbəbdən o, “Vankuver Kenaks”ın yeni mövsüm öncəsi təlim-məşq toplanışını buraxacaq.
Əməliyyat olunan hokkeyçi həkimlərin şişi uğurla çıxara bildiklərini açıqlayıb. O, tezliklə məşqlərə qayıtmaq və yeni mövsümdə oynamaq niyyətindədir.
28 yaşlı hokkeyçi iyunda klubu ilə 4 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Dakota Coşua Milli Hokkey Liqasında (NHL) ötən mövsüm meydana çıxdığı 63 oyunda 18 qol vurub və 14 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: Vankuver Kenaks, Kanada,Dakota Coşua ,Liqa ,Təlim, Məşq ,todaypress.az,