Kanada yarımfinalda – TARİXİ UĞUR
İdman
06.07.2024 10:44
Futbol üzrə Kanada yığma komandası Amerika kubokunda yoluna davam edir.
TodayPress xəbər verir ki, “Qırmızılar” pley-offda Venesuela yığması ilə qarşılaşıb.
Ceykob Şaffelburq 13-cü dəqiqədə Kanada millisini hesabda irəli çıxarıb 1:0. Venesuela Xose Salomon Rondonun 64-cü dəqiqə qolu ilə oyunda status-kvonu bərpa edib 1:1. Matçın əsas vaxtı heç-heçə başa çatdığından cütün qalibi penaltilər seriyasında müəyyənləşib.
Futbol lotoreyasını 4:3 hesabıyla qazanan Kanada yığma komandası adını turnirin yarımfinal mərhələsinə yazdırıb.
Kanada Amerika kuboku turnirinin finalına vəsiqə uğrunda iyulun 10-da Argentina millisi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Kanada, Rəqib, Ceykob Şaffelburq, Venesuela Xose,Futbol, todaypress.az,