Kanada millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

İdman

13.11.2024 11:35

1395

Kanadanın futbol üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Beverli Pristman vəzifəsindən kənarlaşdırılıb.

TodayPress Kanada yığmasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Pristmanın qovulma səbəbi Paris Olimpiadasındakı qalmaqalla əlaqədardır.

Xatırladaq ki, Yay Olimpiya Oyunlarının keçirildiyi vaxt Yeni Zelandiya komandasının oyunçuları rəqib haqqında məlumat toplamaq üçün Kanada tərəfinin dronlardan istifadə etməsi barədə təşkilatçılara şikayət etmişdilər. FIFA baş məşqçi ilə yanaşı, onun köməkçisi Jasmin Mander və analitik Jozef Lombardini ittiham etmişdi.

Qeyd edək ki, hadisədən sonra Beverli Pristman araşdırmalar bitənə qədər müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Kanada Futbol Federasiyası son qərarı araşdırma tam başa çatdıqdan sonra qəbul edib.

Namiq HUN

tag: Kanada, Məşqçi, FIFA,Yay Olimpiya Oyunları, Yeni Zenlandiya, todaypress.az,