Kanada Amerika Kubokunda tarix yazdı

İdman

30.06.2024 10:44

Futbol üzrə Amerika Kuboku turnirinə ilk dəfə qatılan Kanada millisi tarixi uğura imza atıb.

TodayPress xəbər verir ki, Şimali Amerika təmsilçisi ilk dəfə iştirak etdiyi yarışda qrup mərhələsini adlayan üçüncü komanda olub.

Amerika Kuboku tarixində buna qədər yalnız Meksika (1993) və Honduras (2001) milliləri eyni uğura imza atıb.

Kanada həm də ABŞ, Meksika, Kosta Rika, Panama, Yamayka, Honduras, Haiti, Yaponiya və Qətərdən sonra Cənubi Amerika təmsilçisi olmayan və bu yarışda iştirak edən 10-cu komandadır.

Qeyd edək ki, Kanada Amerika Kubokunun A qrupunda Argentina, Peru və Çili komandaları ilə mübarizə aparırdı.


Namiq HUN

tag: Kanada, Copa America, Futbol, İdman, Todaypress.az,