Kan Fransada klub alır

İdman

03.01.2025 10:56

Almaniyalı futbol veteranı Oliver Kan klub sahibi ola bilər.

TodayPress xəbər verir ki, o, Fransanın “Bordo” futbol klubunu almaq istəyir. 

Kan artıq klubun sahibi Jerar Lopeslə ilkin danışıqlar aparıb. Ona bu işdə “Marsel” klubunun keçmiş prezidenti Jak-Anri Eyro köməklik göştərir. O, danışıqlarda Kanın təmsilçisi kimi çıxış edir.

Qeyd edək ki, “Bordo” klubu maliyyə sanksiyaları səbəbindən Fransanın 4-cü divizionunda çıxış edir. Bordo təmsilçisi 12 turdan sonra 21 xalla 3-cü pillədə qərarlaşıb.

Namiq HUN

tag: Oliver Kan ,Klub, Almaniya, Fransa ,todaypress.az,