“Kamp Nou”da kütləvi dava baş verdi
İspaniyanın "Barselona" klubunun “Kamp Nou”
stadionunun tikintisində işləyən fəhlələr arasında dava düşüb.
TodayPress xəbər verir ki, hadisə işçi qrupları arasında baş verib.
20 nəfərin qarışdığı davada 6 nəfər yüngül xəsarət alıb. İnsidentdə iştirak edən bütün işçilər
tikintidən qovulub.
Qeyd edək ki, La Liqada 2022/2023 mövsümü başa çatdıqdan sonra "Kamp Nou" arenası təmirə
bağlanıb. Yenidənqurma işlərinin 2026-cı ildə başa çatması gözlənilir.
tag: Barselona, Kamp Nou, La Liqada, Futbol, todaypress.az,