Kamotski: “Dünyanın ən güclü şillə vuranı mənəm!”

İdman

31.01.2025 10:12

Rusiyalı Vasili Kamotski şillə döyüşlərində dünya çempionu titulunu qazanıb.   

TodayPress xəbər verir ki, bu barədə "RIA" məlumat yayıb. 

O, amerikalı rəqibini məğlub edərək Dana Uaytın təsis etdiyi Power Slap liqasında dünya çempionu olub. Mübarizədən sonra Kamotski sevincini bölüşüb: 

“Çox qürurluyam, sevincimi sözlə ifadə edə bilmirəm. Artıq hər kəs bilir ki, şillə döyüşlərində dünyanın ən güclüsüyəm! Sonrakı rəqibim kim olacaq? Fərqi yoxdur, qoy hamısı sıraya dursun!” 

Xatırladaq ki, “Pelmən” ləqəbli Kamotski 2024-cü ilin oktyabrında finalda Koа Virneslə qarşılaşmış, lakin döyüş heç-heçə nəticələnmişdi.   

Namiq HUN

tag: Vasili Kamotski,Döyüş,Dana Uayt,Kamotski,Todaypress.az,