Kamavinqa La Liqanı tərk etməyə tələsmir

İdman

27.11.2024 17:31

“Mançester Yunayted” klubu “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqanı heyətinə qatmaq istəyir. 

TodayPress “Fichajes.net” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” fransalı futbolçu üçün 70 milyon avro təklif edirlər. 

Kamavinqa isə hələ “kral klubu”nu tərk etmək istəmir. 

Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 8 oyunda 1 məhsuldar ötürmə edib. 

“Transfermarkt” portalı Eduardo Kamavinqanın transfer dəyərini 100 milyon avro qiymətləndirir.

Namiq HUN

tag: Mançester Yunayted, Real Madrid, Qırmızı Şeytanlar, Kral Klubu, todaypress.az,