Kalabria "Qalatasaray" yolunda
İdman
12.12.2024 14:19
"Milan" futbol klubunun kapitanı Davide Kalabria karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
TodayPress “Sabah” nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" italiyalı sağ cinah müdafiəçisini transfer etmək istəyir.
İstanbul təmsilçisi "Milan"la müqaviləsi mövsümün sonunda başa çatan futbolçunu yanvar ayında heyətinə qatmağı planlaşdırır.
"Qalatasaray" 28 yaşlı futbolçu üçün İtaliya nəhənginə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Davide Kalabria "Milan"ın yetirməsidir. Onun peşəkar karyerası yalnız Milan təmsilçisi ilə bağlıdır. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 316 rəsmi matçda 15 qol vurub və 22 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Milan,Davide Kalabria,Türkiyə,Super Liqa,Qalatasaray,İtaliya ,todaypress.az,