Kahveci "Fənərbağça"da qalmağa davam edir
Türkiyənin "Fənərbağça" komandası futbolçusu İrfan Can Kahveci ilə müqavilə müddətini artırıb.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisi ilə 3 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, İrfan Can Kahveci 2021-ci ildən "Fənərbağça"nın şərəfini qoruyur.
tag: Türkiyə,Fənərbağça,İrfan Can Kahveci,Futbol,todaypress.az,