Kadıoğlu “qağayılar”la ortaq məxrəcə gəldi
İngiltərənin "Brayton" klubu Ferdi Kadıoğlu ilə razılıq əldə edib.
TodayPress xəbər verir ki, hazırda ingilislərlə "Fənərbağça" arasında danışıqlar yekunlaşmaq üzrədir.
Daha əvvəl “qağayılar” türkiyəli futbolçu üçün bonuslar da daxil olmaqla 35 milyon avro təklif edir.
24 yaşlı sol cinah müdafiəçisi tibbi yoxlanışdan keçmək üçün tezliklə İngiltərəyə yola düşəcək.
Namiq HUN
tag: Brayton, Fənərbağça, İngiltərə, Qağayılar, Türkiyə, todaypress.az,