Kadıoğlu İngiltərə klubundan 35 milyon avroluq təklif aldı
İdman
08.08.2024 15:48
“Brayton” klubu “Fənərbağça”nın sol cinah müdafiəçisi Fərdi Kadıoğlunun transferi üçün yeni təklif göndərib.
TodayPress xəbər verir, “qağayılar” türkiyəli futbolçu üçün bonuslar da daxil olmaqla 35 milyon avro təklif edir.
“Brayton” Kadıoğlunun Avropa çempionatındakı çıxışına heyran olub. Fərdi türklərin turnirin 1/4 final mərhələsinə yüksəlməsinə kömək edib.
Qeyd edək ki, 24 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Bavariya” kimi Avropa nəhəngləri də maraqlanır. Fərdi Kadıoğlu Türkiyə çempionatının son mövsümündə 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Brayton, Fənərbağça, Fərdi Kadıoğlu, Avropa,Mançester Yunayted, Bavariya, todaypress.az,