Kadıoğlu 1 ay futboldan kənarda qalacaq
Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlunun zədəsi ilə bağlı son durumu məlum olub.
TodayPress xəbər verir ki, “Brayton” klubunun müdafiəçisinin sol ayaq barmağının oynağında kapsulyar yırtıq aşkarlanıb.
Kadıoğlunun zədə səbəbindən 1 ay futboldan uzaq qalacağı gözlənilir. Futbolçunun zədəsini əməliyyatsız həll etmək mümkün olmasa, bu müddət 2 aya qədər arta bilər.
Qeyd edək ki, 25 yaşlı futbolçu “Fənərbağça”dan “Brayton”a keçdikdən sonra bütün turnirlərdə 11 matça çıxıb və 3 qol vurub.
Namiq HUN
tag: Kadıoğlu, Brayton, Zədə, Fənərbağça, Turnir, todaypress.az,