“Kadillak” məşhur pilotu yarışa qaytarır

İdman

14.12.2024 15:58

2654

2026-cı il mövsümündə yarışlara başlayacaq yeni “Formula 1” komandası “Kadillak” artıq pilotlar sırasını formalaşdırmaq haqqında düşünür.

TodayPress xəbər verir ki, komandanın rəhbərliyi Daniel Rikkardonu dəvət etmək istəyir.

“Kadillak” avstraliyalı pilota şans verməyə hazırdır.

Qeyd edək ki, Rikkardo sürətli sürücü olaraq qalır. ABŞ-də populyar olan Daniel “Red Bull”, “Renault”, “McLaren” və “Reysinq Bullz” komandalarında çıxış edib. O, iştirak etdiyi 258 qran-prinin 8-də qalib gəlib, 3 dəfə isə yarışa poul mövqeyindən başlayıb.

“Kadillak” “Reysinq Bullz” sırasındakı yerini itirdikdən sonra F1-də karyerasını bitirdiyini elan edən Rikkardonu komandaya ikinci pilot kimi götürmək istəyir. 

Namiq HUN

tag: Kadilak, ABŞ ,Daniel, Komanda, todaypress.az,