“Kadillak” komandası təcrübəli pilotla anlaşdı
“Formula-1” pilotu Serxio Peres növbəti mövsümdə “Kadillak”da sürət yığacaq.
TodayPress Bild nəşrinə istinadən xəbər verir ki, meksikalı pilot “Kadillak”la ilkin razılıq əldə edib.
ABŞ komandası heyətini təcrübəli pilotla gücləndirmək arzusundadır. “Kadillak”ın bir neçə ay əvvəl Pereslə ortaq məxrəcə gəldiyi bildirilib.
Serxio yeni komandası ilə iki illik müqavilə bağlayacaq.
Xatırladaq ki, Serxio Peres 2021-2024-cü illərdə “Red Bull”da çıxış edib.
O, 2021-ci və 2023-cü illərdə Azərbaycan Qran-prisinin qalibi olub.
Namiq HUN
tag: Formula 1,Kadillak,Serxio Peres,Pilot,Todaypress.az,