Kabal üçün mövsüm erkən bitdi
İdman
15.11.2024 14:54
“Yuventus”un müdafiəçisi Xuan Kabal uzun müddət oynaya bilməyəcək.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müayinə zamanı kolumbiyalı futbolçunun çarpaz bağlarında yırtıq aşkarlanıb.
Nəticədə 23 yaşlı futbolçu əməliyyat olunub.
“Yuventus”un heyətində 9 oyun keçirən Xuan Kabal cari mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
Namiq HUN
tag: Yuventus, Xuan Kabal,Kolumbiya, Zədə, todaypress.az,